"Mançester Siti" 19 yaşlı futbolçu ilə müqavilə imzalayıb

Futbol
  • 31 yanvar, 2019
  • 16:30
Mançester Siti 19 yaşlı futbolçu ilə müqavilə imzalayıb

Bakı. 31 yanvar. REPORT.AZ/ İngiltərənin "Mançester Siti" klubu Xorvatiyanın "Hayduk" komandasının futbolçusu Ante Palaversa ilə müqavilə imzalayıb.

"Report" Split təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ilə olan sözləşmə 2022-ci ilin yayına kimi nəzərdə tutulub. 

Gənc oyunçu qarşıdakı 1.5 il müddətində icarə əsasında "Hayduk"da çıxış edəcək. Lakin "Mançester Siti" futbolçusunu 2020-ci ilin yanvarında komandaya qaytara bilər.

Qeyd edək ki, Ante Palaversa "Hayduk"un yetirməsidir. O, bu mövsüm komandanın heyətində 17 oyunda meydanda olub və iki qol vurub. 

Son xəbərlər

Bütün Xəbər Lenti