Azərbaycanın FIFA reytinqindəki mövqeyi dəyişməyib
Futbol
- 20 dekabr, 2018
- 09:25
Bakı. 20 dekabr. REPORT.AZ/ FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.
"Report" xəbər verir ki, Azərbaycan millisi ilin yekun siyahısında mövqeyini qoruyub. Hazırda komanda 1206 xalla 107-ci pillədə qərarlaşıb.
Yığmanın AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərinin də ötən ayla müqayisədə mövqeyi dəyişməz qalıb. Xorvatiya 1634 xalla 4-cü, Uels 1525 xalla 19-cu, Slovakiya 1483 xalla 27-ci, Macarıstan isə 1412 xalla 51-ci yerdədir.
FIFA-nın reytinq siyahısında ilk "3-lük" də dəyişməyib. Belçika 1727 xalla birinci, Fransa 1726 xalla ikinci, Braziliya 1676 xalla üçüncü yerdədir.
Türkiyə yığması isə reytinqdə 1443 xalla 39-cu yerdə qalıb.
Son xəbərlər
08:42
Yaxın Şərqdəki gərginlik fonunda Hindistan rupisi rekord səviyyədə ucuzlaşıb
Digər ölkələr08:29
Yaxın Şərq böhranı səbəbindən Avstraliyaya altı yanacaq daşınması ləğv edilib
Digər ölkələr08:06
Türkiyənin MİT rəhbəri "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Region07:46
Çin "CentiSpace-2" peyklərini kosmosa buraxıb
Digər ölkələr07:08
"Saudi Aramco" Asiya alıcılarına xam neft tədarükünü azaldıb
Digər ölkələr06:42
Starmer İran ətrafında baş verənlər fonunda təcili iqtisadi iclas çağırıb
Digər ölkələr06:14
KİV: ABŞ İranın Xarq adasını ələ keçirmək istəyir
Digər ölkələr05:48
Kim Çen In yenidən KXDR-də Dövlət İşləri Şurasının Sədri seçilib
Digər ölkələr05:23