KIV: Antonio Konte “Real Madrid”in baş məşqçisi təyin oluna bilər

KIV: Antonio Konte “Real Madrid”in baş məşqçisi təyin oluna bilər Bakı. 8 oktyabr. REPORT.AZ/ İtaliyalı Antonio Konte İspaniyanın “Real Madrid” komandasının baş məşqçi postunda Xulen Lopetegini əvəzləyə bilər.
Futbol
8 Oktyabr , 2018 16:33
KIV: Antonio Konte “Real Madrid”in baş məşqçisi təyin oluna bilər

Bakı. 8 oktyabr. REPORT.AZ/ İtaliyalı Antonio Konte İspaniyanın “Real Madrid” komandasının baş məşqçi postunda Xulen Lopetegini əvəzləyə bilər.

“Report” AS-a istinadən xəbər verir ki, uğursuz nəticələr səbəbi ilə dəyişikliyə əl atmağı düşünən klub rəhbərliyi 49 yaşlı mütəxəssisi baş məşqçi vəzifəsinə əsas namizəd kimi görür.

Konte bu ilin iyununda İngiltərənin “Çelsi” klubunu tərk edib və hazırda işsizdir.

Qeyd edək ki, Xulen Lopetegi DÇ-2018-in startı ərəfəsində “Real Madrid”lə müqavilə bağladığı üçün İspaniya millisinin baş məşqçi postundan uzaqlaşdırılıb.

“Kral klubu” cari çempionatda 8 turdan sonra 14 xalla 4-cü pillədə qərarlaşıb. Ötən tur “Alaves”ə 0:1 hesabı ilə uduzan komanda XXI əsrdə ardıcıl 4-cü oyunda qol vurmayıb. Çempionlar Liqasında G qrupunda yer alan madridlilər 2 turdan 3 xal toplamaqla 2-ci sıradadırlar.

Son xəbərlər

Orphus sistemi