KİV: "Atletiko" transfer rekordunu qırmaq istəyir
Futbol
- 17 iyun, 2019
- 10:06
Portuqaliyanın "Benfika" klubunda çıxış edən Joao Feliks karyerasını İspaniyanın "Atletiko" kollektivində davam etdirə bilər.
"Report" "Marca"ya istinadən xəbər verir ki, Madrid klubu 20 yaşlı hücumçu üçün 120 milyon avro təzminat ödəməyi planlaşdırır.
Bildirilib ki, Feliksin transferi Antuan Qrizmannın satışından əldə olunan gəlirlə reallaşacaq.
Qeyd edək ki, Joao Feliks 2018/2019 mövsümündə bütün turnirlər daxil olmaqlar 43 oyunda meydanda olub, 20 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu keçid reallaşsa, "Atletiko"nun tarixində transfer rekordu yenilənəcək. Hazırda klubun ən bahalı transferi fransalı Toma Lemardır. 24 yaşlı yarımmüdafiəçi 2018-ci ilin yayında 70 milyon avro müqabilində Fransa "Monako"sundan İspaniya klubuna keçib.
Son xəbərlər
09:52
Cənubi Koreya Hörmüz boğazından yan keçərək Qırmızı dənizlə neft tədarük edən ilk ölkə oldu
Energetika09:48
Foto
Azərbaycan ICAO ilə təlim xidmətlərinə dair razılaşma imzalayıb
İnfrastruktur09:36
Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununa çıxır
Futbol09:30
ING: Azərbaycan neftin bahalaşmasından faydalanan əsas MDB ölkəsidir
Maliyyə09:28
Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin növbəti iki oyunu keçiriləcək
Komanda09:26
Rusiya PUA-ları Rumıniyanın hava məkanına daxil olub
Digər ölkələr09:23
Video
Gəncədə qanunsuz inşa olunan tikili sökülüb
Hadisə09:23
Azərbaycan neftinin qiyməti 116 dollara yaxınlaşıb
Energetika09:09