"Kəpəz" klubu oyuna “Qarabağ Azərbaycandır!” yazılı plakatla çıxıb
Futbol
- 18 oktyabr, 2019
- 14:42
Futbol üzrə I Divizionun VII turunda keçirilən “Kəpəz” – “Qarabağ-2” matçı 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə təsadüf etdiyi üçün Gəncə təmsilçisi görüş öncəsi xüsusi təşkilatçılıqla yadda qalıb.
"Report"un məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı nitqinə dəstək nümayiş etdirən "Kəpəz"in oyunçuları meydana “Qarabağ Azərbaycandır!” yazılı plakatla çıxıb.
Meydanda həmçinin böyük ölçülü üç rəngli bayraq açılıb. Bundan əlavə, stadionda Azərbaycanın Respublikasının Dövlət himni hərbi orkestr tərəfindən ifa olunub.
Qeyd edək ki, qarşılaşma "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə bitib.
Son xəbərlər
01:08
Zelenski: Rusiya tərəfindən real kompromislər yalnız sərt təzyiq şəraitində mümkündür
Digər ölkələr00:39
Vitse-prezident: Maduro Venesuelanın yeganə qanuni lideridir
Digər ölkələr00:03
ABŞ Kuba hakimiyyətinə qarşı hərbi əməliyyatlar keçirməyəcək
Digər ölkələr23:50
Çin 2025-ci ildə 92 kosmik buraxılış həyata keçirib
Digər ölkələr23:26
Pezeşkian Trampın İrandakı etirazçılara dəstəyini cəfəngiyyat adlandırıb
Region23:22
Foto
Video
Astarada ağır yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib-2
Hadisə23:13
İsveçrədə Kran-Montana barının sahiblərinə qarşı istintaq başlayıb
Digər ölkələr23:01
Ukrayna Prezidenti Trampın komandası ilə Parisdə görüşəcək
Digər ölkələr22:46