Jerard Pikenin almaq istədiyi klubun adı müəyyənləşib

Jerard Pikenin almaq istədiyi klubun adı müəyyənləşib Bakı. 12 dekabr. REPORT.AZ/ İspaniyanın Barselona klubunun futbolçusu Jerard Pikenin almaq istədiyi klub müəyyənləşib.
Futbol
12 Dekabr , 2018 19:47
Jerard Pikenin almaq istədiyi klubun adı müəyyənləşib

Bakı. 12 dekabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Jerard Pikenin almaq istədiyi klub müəyyənləşib. 

"Report" "Football Espana"ya istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi İspaniya V divizionunda çıxış edən "Andorra" klubunu almağa çox yaxındır.

Təcrübəli oyunçu klubun sahibi olduğu "Cosmos" investisiya şirkətinin vasitəsilə özəlləşdirməyi planlaşdırır.

Qeyd edək ki, Jerard Pike daha öncə klub almaq və yeni turnir yaratmaq istədiyini bildirib. O, 2008-ci ildən "Barselona"da çıxış edir.

Son xəbərlər

Orphus sistemi