İsgəndər Cavadov: "Çox şadam ki, "Neftçi” kimi klubun tarixinə düşmüşəm"

İsgəndər Cavadov: "Çox şadam ki, "Neftçi” kimi klubun tarixinə düşmüşəm" Bakı. 20 sentyabr. REPORT.AZ/ Neftçi klubunun veteran futbolçusu İsgəndər Cavadov klubun saytına müsahibə verib.
Futbol
20 Sentyabr , 2018 14:06
İsgəndər Cavadov: Çox şadam ki, Neftçi” kimi klubun tarixinə düşmüşəm
0 : 00
0 : 00

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Neftçi" klubunun veteran futbolçusu İsgəndər Cavadov klubun saytına müsahibə verib.

"Report" xəbər verir ki, 62 yaşını qeyd edən sabiq hücumçu kluba onu unutmadıqları və yad etdikləri üçün təşəkkür edib.

O, karyerası ərzində doğum günündə meydana çıxmadığını və indiyədək aldığı ən gözlənilməz hədiyyələrdən danışıb: "50 yaşımda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Şöhrət” ordeni ilə mükafatlandırılmağım və 60 yaşımda Prezident təqaüdünə layiq görülməyim mənim üçün ən gözlənilməz hədiyyələr olub".

İ.Cavadov sonra karyerası ərzində vurduğu ən unudulmaz qol barədə fikirlərini bölüşüb: "1986-cı ildə Bakıda "Çernomorets”in qapısına başım üzərindən qayçıvari zərbə ilə vurduğum qol mənim üçün unudulmazdır. Ümumiyyətlə, çox şadam ki, "Neftçi” kimi klubun tarixinə düşmüşəm. Həmişə çalışmışam öz oyunumla sübut edim ki, Azərbaycanda yaxşı futbolçular var. Arzu edirəm ki, Azərbaycanda Əbdülqəni Nurməmmədovdan, Maşallah Əhmədovdan, İqor Ponomaryovdan, Səməd Qurbanovdan, Səmədağa Şıxlarovdan, Asim Xudiyevdən, Asif Əliyevdən, məndən daha yaxşı futbolçular yetişsin. "Neftçi”yə uğurlar arzulayıram".

Qeyd edək ki, İsgəndər Cavadov 1977-1988-ci illər ərzində "Neftçi”nin heyətində 303 oyun keçirib, 61 qol vurub.

Son xəbərlər

Orphus sistemi