İngiltərə klubunun müdafiəçisi dünya çempionatında iştirak etməyəcək

İngiltərə klubunun müdafiəçisi dünya çempionatında iştirak etməyəcək 33 yaşlı futbolçunun 6 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir
Futbol
4 May , 2018 12:43
İngiltərə klubunun müdafiəçisi dünya çempionatında iştirak etməyəcək

Bakı. 4 may. REPORT.AZ/ Fransa milli komandasının və İngiltərənin "Arsenal" klubunun futbolçusu Loren Koselni dünya çempionatında iştirak etməyəcək.

"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda səfərdə İspaniyanın "Atletiko" komandası ilə görüşdə xəsarət alan müdafiəçinin bərpa müddəti bir neçə ay çəkəcək. 

33 yaşlı futbolçunun 6 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir. Koselni Fransa milli komandasında 51 oyun keçirib. 

Qeyd edək ki, "Atletiko" - "Arsenal" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Xatırladaq ki, dünya çempionatının oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərinə keçiriləcək. Fransa millisi Avstraliya, Peru və Danimarka yığmaları ilə birgə C qrupunda yer alıb.

Son xəbərlər

Orphus sistemi