Gənclər Liqasının medalçıları mükafatlandırılıb

Futbol
  • 03 may, 2018
  • 17:24
Gənclər Liqasının medalçıları mükafatlandırılıb
Report

Bakı. 3 may. REPORT.AZ/ AFFA Gənclər Liqasının medalçılarını mükafatlandırıb.

"Report" xəbər verir ki, mərasim ölkə çempionatının sonuncu - XXVII turunda Sumqayıtda "Qəbələ"nin "Qarabağ"la qolsuz heç-heçə edərək, çempionluğu rəsmiləşdirdiyi oyundan sonra olub.

Beləliklə, "Qəbələ" qızıl, "Qarabağ" gümüş, "Səbail" isə bürünc medallarla təltif olunub.

Mükafatları Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və AFFA-nın Texniki Departamentinin rəhbəri Bernhard Lippert təqdim ediblər.

Turan Vəlizadə ("Qarabağ") mövsümün oyunçusu, Hüseyn Əliquliyev qapıçısı ("Səbail"), Kamran Quliyev ("Qəbələ") isə bombardiri kimi xüsusi mükafata layiq görülüblər.

Son xəbərlər

Bütün Xəbər Lenti