Emiliano Salanın uçduğu təyyarənin qalıqları tapılıb

Emiliano Salanın uçduğu təyyarənin qalıqları tapılıb Bakı. 4 fevral. REPORT.AZ/ Yanvarın 22-də La-Manşda yoxa çıxan təyyarənin qalıqları tapılıb.
Futbol
4 Fevral , 2019 11:55
Emiliano Salanın uçduğu təyyarənin qalıqları tapılıb

Bakı. 4 fevral. REPORT.AZ/ Yanvarın 22-də La-Manşda yoxa çıxan təyyarənin qalıqları tapılıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, içərisində pilot Devid Aybbotson və argentinalı futbolçu Emiliano Salanın olduğu hava gəmisinin hissələri Qernsi adasında axtarış gəmisi tərəfindən aşkarlanıb.

Futbolçunun atası Orasio Sala “Cronica TV”yə açıqlamasında xəbərdən məyus olduğunu söyləyib: “Buna inana bilmirəm. Bu, qorxulu yuxudur, çox məyusam. Həyat yoldaşım iki övladımız və Emilianonun bir neçə dostu ilə ordadırlar. Axtarış qrupu ilə daim əlaqədəyəm. “WhatsApp” istifadə etmədiyim üçün tez-tez danışmağımız çətindir”.

Təyyarənin tapılması ilə bağlı yaxın saatlarda rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, Fransanın “Nant” klubundan 20 milyon avroya İngiltərə Premyer Liqasında çıxış edən Uelsin “Kardiff Siti” klubuna keçən E.Salanı aparan təyyarə yanvarın 22-də radardan itib. Polis itkin düşənlərin axtarışını dayandıraraq, onların sağ qalma ehtimalının olmadığını açıqlayandan sonra təyyarənin tapılması üçün könüllü şəkildə pul toplanılıb. 

Son xəbərlər

Orphus sistemi