Elvin Camalov: "Qəbələ" ilə razılaşmasam, başqa planları reallaşdırmağa çalışacam"

Elvin Camalov: "Qəbələ" ilə razılaşmasam, başqa planları reallaşdırmağa çalışacam" Kubok qazanmaq hissini yaşamaq çoxdankı arzum idi, çox sükür bu da qismət oldu.
Futbol
29 May , 2019 02:21
Elvin Camalov: Qəbələ ilə razılaşmasam, başqa planları reallaşdırmağa çalışacam

"Kubok qazanmaq hissini yaşamaq çoxdankı arzum idi, çox sükür bu da qismət oldu".

"Report"un Qəbələyə ezam olunmuş Şirvan bürosunun xəbərinə görə, bu sözləri "Qəbələ" futbol komandasının yarımmüdafiəçisi Elvin Camalov kuboku rayon əhalisinə tədim edərkən bildirib. Yarımmüdafiəçi Qəbələ Futbol Akademiyasının yetirməsi olduğunu vurğulayaraq qeyd edib ki, kubok klub və qəbələlilər üçün böyük sürprizdir.

"Mən və komanda üzvləri çox şadıq ki, çətinliklə də olsa, bu hissi yaşadıq. Bizimlə bərabər həm azarkeşlər, həm də valideynlərimiz çox sevindilər. Yeni mövsum üçün klub rəhbərliyi ilə söhbət aparacam, cunki akademiyanın yetirməsiyəm, əsas məqsədim "Qəbələ" ilə razılıq əldə etməkdir. Əgər razılıq əldə edə bilməsək, başqa planlarım var".

Son xəbərlər

Orphus sistemi