Çempionlar Liqasında 8000-ci qol vurulub
Futbol
- 04 oktyabr, 2018
- 05:46
Bakı. 4 oktyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında 8000-ci qol vurulub.
"Report"un məlumatına görə, yubiley qolu İspaniyanın paytaxtı Madriddə "Atletiko" ilə Belçika "Brügge"si arasında keçirilmiş A qrupunun II tur matçına təsadüf edib. Meydan sahiblərinin hücumçusu Antuan Qrizmannın 67-ci dəqiqədə vurduğu ikinci top tarixə düşüb. Görüş isə "Atletiko"nun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 2018-2019 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinin startınadək qapılara 7912 qol vurulmuşdu. Tarixdə ilk qolu isə məhz "Brügge"nin hücumçusu Daniel Amokaçi 25 noyabr 1992-ci ildə Rusiya MOİK-inin qapısından keçirib.
Son xəbərlər
02:19
Pakistan ABŞ-İran danışıqlarına ev sahibliyi etməyə hazırdır
Digər ölkələr01:54
Azərbaycan diplomatı BMT iclasında miqrasiya sahəsində əməkdaşlıqdan danışıb
Xarici siyasət01:28
NYT İranın Xarq adasına ehtimal edilən hücum ssenarisini açıqlayıb
Digər ölkələr00:56
İranın ali dini liderinin hərbi müşaviri müharibənin bitməsi üçün üç şərt irəli sürüb
Region00:38
Britaniyada yanacaq satışı məhdudlaşdırılıb
Digər ölkələr00:16
Zelenski: Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücuma hazırlaşa bilər
Digər ölkələr23:53
KİV: İran ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdiyini bəyan edib
Region23:41
Ukrayna PUA əleyhinə yeni dronlar alacaq
Digər ölkələr23:34