Belçikalı məşqçi: "Hamı "Qarabağ"a məğlubiyyətimizə məyus oldu"

Belçikalı məşqçi: "Hamı "Qarabağ"a məğlubiyyətimizə məyus oldu" Lüksemburqun Düdelanj komandasının baş məşqçisi Bertran Krasson Lequotidien nəşrinə müsahibə verib.
Futbol
22 Fevral , 2020 08:47
Belçikalı məşqçi: Hamı Qarabağa məğlubiyyətimizə məyus oldu

Lüksemburqun "Düdelanj" komandasının baş məşqçisi Bertran Krasson "Lequotidien" nəşrinə müsahibə verib.

"Report"un məlumatına görə, 49 yaşlı mütəxəssis çempionatdakı vəziyyətdən və avrokuboklardakı oyunlardan da danışıb. 

Belçikalı məşqçi "Qarabağ"a evdə 1:4 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci tur matçından sonra azarkeşlərin məyus olduğunu vurğulayıb: "Qrup mərhələsinin ilk turunda APOEL-i 4:3 hesabı ilə məğlub etdik. Nikosiyadakı qələbəmizdən sonra hər kəs Lüksemburqda "Qarabağ"ı məğlub edə biləcəyimizi normal qarşılayırdı. Bütün insanlar məğlubiyyətimizdən sonra məyus oldular".

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının A qrupunu 5 xalla 3-cü, "Düdelanj" isə 4 xalla 4-cü sırada bitirib. 

Son xəbərlər

Orphus sistemi