Bu gün futbol üzrə İtaliya A seriyasında 2019/2020 mövsümünə start veriləcək.
"Report" xəbər verir ki, 1898-ci ildən təşkil edilən yarışın açılış oyununda son çempion "Yuventus" "Parma"nın qonağı olacaq. "Ennio Tardini" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
I tur
24 avqust
20:00. "Parma" - "Yuventus"
22:45. "Fiorentina" - "Napoli"
25 avqust
20:00. "Udineze" - "Milan"
22:45. "Roma" - "Cenoa"
22:45. "Kalyari" - "Breşiya"
22:45. "Verona" - "Boloniya"
22:45. SPAL - "Atalanta"
22:45. "Torino" - "Sassuolo"
22:45. "Sapdoriya" - "Latsio"
26 avqust
22:45. "İnter" - "Leççe"
Qeyd edək ki, A seriyasının ən titullu komandası hesabında 35 çempionluq olan "Yuventus"dur. "Milan" və "İnter"in hər biri isə 18 dəfə qızıl medallara sahib çıxıb.