Futbol üzrə Almaniya Bundesliqasında XXVII turun növbəti oyunları keçirilib.
"Report"un məlumatına görə, lider "Bavariya" Frankfurt "Ayntraxt"ını qəbul edib. Münhendəki "Alyans Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 5:2.
"Bavariya"nın qollarını 17-ci dəqiqədə Leon Qoretska, 41-ci dəqiqədə Tomas Müller, 46-cı dəqiqədə Robert Levandovski, 61-ci dəqiqədə Alfonso Deyvis və 74-cü dəqiqədə "Ayntraxt"dan Martin Hinteregger öz qapısına vurub. Hinteregger avtoqoladək 52 və 55-ci dəqiqələrdə "dubl" etməyi bacarıb.
Bu nəticədən sonra xalını 61-ə çatdıran "Bavariya" ən yaxın izləyicisi Dortmund "Borussiya"sı ilə fərqi yenidən 4-ə çatdırıb. "Ayntraxt" isə 28 xalla 13-cü yerdə qalıb.
Turun digər oyunlarının nəticələri:
23 may
"Borussiya" (Mönhenqladbax) - "Bayer" - 1:3
"Volfsburq" - "Borussiya" (Dortmund) - 0:2
"Paderborn" - "Hoffenhaym" - 1:1
"Frayburq" - "Verder" - 0:1
22 may
"Herta" - "Union Berlin" - 4:0
Qeyd edək ki, tura mayın 24-də keçiriləcək "Şalke" - "Auqsburq", "Maynts" - "Leyptsiq" və "Köln" - "Fortmuna" (Düsseldorf) görüşləri ilə yekun vurulacaq.