Bakıda FIFA-nın İcraedici Futbol Sammiti keçirilib

Bakıda FIFA-nın İcraedici Futbol Sammiti keçirilib Tədbirdə ali futbol qurumunun prezidenti Canni İnfantino da iştirak edib
Futbol
22 Noyabr , 2017 11:48
Bakıda FIFA-nın İcraedici Futbol Sammiti keçirilib
Affa.az

Bakı. 22 noyabr. REPORT.AZ/ Bakıda FIFA İcraedici Futbol Sammiti keçirilib.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə FIFA-nın prezidenti Canni İnfantino, FIFA-nın baş katibi Fatma Samoura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FIFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edib.

Sammit iştirakçılarının siyahısına Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyaları daxil olub.

Qeyd edək ki, sammitdə Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil edib. 

Son xəbərlər

Orphus sistemi