Yuxarı

Bakı finalı: “Arsenal” və “Çelsi”nin açıq qapı günləri açıqlanıb

Bakı finalı: “Arsenal” və “Çelsi”nin açıq qapı günləri açıqlanıb

İngiltərənin “Arsenal” və “Çelsi” komandalarının baş məşqçiləri Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa qədər hərəyə iki mətbuat konfransı təşkil edəcəklər.

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, media üçün açıq qapı günləri əvvəlcə klubların təmsil etdikləri paytaxt Londonda olacaq. “Arsenal” mayın 21-də təlim-məşq bazasında KİV nümayəndələrini qəbul edəcək. Jurnalistlər Bakı vaxtı ilə saat 14:00-da bir saatlıq açıq məşqdə iştirak edə biləcəklər. Bundan 2 saat sonra futbolçularla müsahibə etmək imkanı olacaq. Saat 17:30-da isə baş məşqçi Unay Emeri sualları cavablandıracaq.

“Çelsi” isə təlim-məşq bazasının qapılarını mayın 22-də media nümayəndələrinin üzünə açacaq. Bakı vaxtı ilə saat 16:30-da baş məşqçi Mauritso Sarrinin mətbuat konfransı keçiriləcək. Saat 18:00-da bir saatlıq açıq məşq olacaq. Jurnalistlər saat 20:00-da sonra futbolçularla danışa biləcəklər.

Matçın baş tutacağı Bakı Olimpiya Stadionundakı açıq məşq və mətbuat konfransları mayın 28-də təşkil olunacaq. Yerli vaxtla saat 17:45-də Emerinin mətbuat konfransı keçiriləcək. Tam açıq məşq isə saat 18:30-a təyin edilib. Sarri saat 20:15-dən etibarən sualları cavablandıracaq. “Çelsi”in açıq məşqi isə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, mayın 29-da keçiriləcək final oyunu saat 23:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi