Azərbaycanın futbol hakimləri üçün seminar keçirilib

Futbol
  • 17 dekabr, 2018
  • 07:43
Azərbaycanın futbol hakimləri üçün seminar keçirilib

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqası və I Divizion oyunlarına təyinat alan hakimlər, eləcə də hakim-inspektorlar üçün seminar keçirilib.

“Report” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, seminara UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassaras və AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik rəhbərlik edib.

Hakimlər və hakim-inspektorlar yerli, eləcə də xarici ölkələrin çempionat oyunlarından hazırlanmış videoları izləyib, müzakirələr aparıb, UEFA-nın yeni qiymətləndirmə sistemi ilə tanış olublar. 

Son xəbərlər

Bütün Xəbər Lenti