Azərbaycan yığması Avropa çempionatının seçmə qrup mərhələsinə məğlubiyyətlə başlayıb

Futbol
  • 14 noyabr, 2018
  • 11:51
Azərbaycan yığması Avropa çempionatının seçmə qrup mərhələsinə məğlubiyyətlə başlayıb

Bakı. 14 noyabr. REPORT.AZ/ 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə qrup mərhələsində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, I qrupda yer alan milli komanda İsraillə üz-üzə gəlib.

Gürcüstanın paytaxtı Tbilisidəki Mixail Mesxi adına Stadionun ikinci meydanında baş tutan qarşılaşma Azərbaycan yığmasının 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Vüqar Məmmədin baş məşqçi olduğu komandanın heyətində yeganə qolu 82-ci dəqiqədə Emil Qasımov vurub.

Qrupun digər oyununda Gürcüstanla Lixtenşteyn qarşılaşacaq. Həmin görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını noyabrın 17-də Gürcüstana qarşı keçirəcək. Oyun saat 17:00-da start götürəcək.