Azərbaycan Premyer Liqası: IX tura iki qarşılaşma ilə start veriləcək

Azərbaycan Premyer Liqası: IX tura iki qarşılaşma ilə start veriləcək Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.
Futbol
26 Oktyabr , 2019 07:25
Azərbaycan Premyer Liqası: IX tura iki qarşılaşma ilə start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Hər iki oyun Bakıda baş tutacaq. Açılış oyununda son 2 mövsümdə Azərbaycan Kubokunun qalibləri olan "Keşlə" və "Qəbələ" komandaları qarşılaşacaq. 

Hazırda paytaxt klubu 12 xalla üçüncü yerdədir, əyalət təmsilçisi isə altı xalla 7-8-ci yerləri bölüşdürür. Qəbələdə keçirilmiş ilk dövrədəki matçda "Keşlə" rəqibini darmadağın edib - 4:0. Bu məğlubiyyətdən sonra Sənan Qurbanov "Qəbələ"nin baş məşqçi postundan istefa verib. 

Komandalar ölkə çempionatında 45 dəfə üz-üzə gəliblər. Bunların 15-də "Keşlə", 13-də isə "Qəbələ" qələbə qazanıb. 17 qarşılaşmada qalib müəyyənləşməyib. Topların fərqində isə meydan sahiblərinin aşkar üstünlüyü var - 58:45. “Keşlə” rəqibinə qarşı son iki qarşılaşmada meydanı qolsuz tərk etməyib. “Qəbələ” isə səfərdəki son 7 oyunda məğlub olmayıb.

Günün digər matçında çempionatın autsayderlərindən "Sabah" "Zirə"ni qəbul edəcək. Meydan sahibləri 6 xalla 7-8-ci pillələri bölüşdürür. "Zirə" isə 8 xalla 6-cı yerdədir. Zirə Olimpiya Kompleksinin stadionunda təşkil olunmuş ilk dövrədəki matçda qalib müəyyənləşməyib - 1:1. Ötən mövsüm baş tutan 4 qarşılaşmanın 3-də meydan sahibləri, 1-də isə qonaqlar meydanı 3 xalla tərk edib. Topların fərqində də "Sabah" üstündür - 7:5.

Azərbaycan Premyer Liqası, IX tur

26 oktyabr (şənbə)

16:00. “Keşlə” – “Qəbələ”

Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Etibar Həsənov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“ASCO Arena”

18:00. “Sabah” – “Zirə”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəhim Həsənov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

“Bank Respublika Arena”.

Son xəbərlər

Orphus sistemi