Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb - YENİLƏNİB-4

Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb - YENİLƏNİB-4 Torshavn. 12 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb.
Futbol
12 Oktyabr , 2018 00:36
Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb - YENİLƏNİB-4

Torshavn. 12 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb.

"Report"un Torshavn şəhərinə ezam olunmuş əməkdaşının məlumatına görə, III turda "Torsvollur" stadionunda Farer adaları yığması ilə qarşılaşan milli komanda rəqibi 3:0 hesabı ilə məğlub edib.

Matçda qolları 28-ci və 86-cı dəqiqələrdə Riçard Almeyda, 67-ci dəqiqədə isə Dmitri Nazarov vurub.

Beləliklə, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanaraq, xallarının sayını 5-ə çatdırıb. Lakin bu qalibiyyət D Liqasının 3-cü qrupunda liderliyə yüksəlməyə yetməyib. Çünki qrupun paralel keçən qarşılaşmasında Kosovo Maltaya 3:1 hesabı ilə qalib gələrək, xallarını 7-yə çatdırıb. Bununla belə, 3 xalı olan Farer adalarını geridə qoyaraq, 2-ci pilləyə yüksəlmək mümkün olub. Sonuncu pillədəki Maltanın isə cəmi 1 xalı var.


***00:29

Torshavn. 12 oktyabr. REPORT.AZ/ Azərbaycan yığması 3-cü qolu Farer adaları millisinin qapısından keçirib.

“Report” xəbər verir ki, komandanın 3-cü qolunu 11 metrlik cərimə zərbəsindən Riçard Almeyda keçirib.


***00:10

Torshavn. 12 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisi səfərdə Farer adaları yığması ilə oyunda hesab arasındakı fərqi artırıb.

“Report” xəbər verir ki, komandanın 13 nömrəli futbolçusu Dmitri Nazarov 67-ci dəqiqədə Rüfət Dadaşovun ötürməsindən sonra hesabı 2:0-a çatdırıb.


***23:13

Torshavn. 11 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində səfərdə qarşılaşdığı Farer adaları yığması ilə oyunda hesabı açıb.

“Report” xəbər verir ki, millinin 20 nömrəli futbolçusu Riçard Almeyda matçın 28-ci dəqiqəsində rəqib qapıçıdan qayıdan topu tora qovuşdurub.


***22:46

Torshavn. 11 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirir.

“Report” xəbər verir ki, D liqasında III qrupda yer alan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 3-cü tur çərçivəsində Farer adaları yığmasının qonağıdır.

Paytaxt Torshavnda “Torsvollur” stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Komandaların heyətləri aşağıdakı kimidir:

Farer adaları: 1 Qunnar Nilsen 3 Vilormur Davidsen 4 Atli Qreqersen (k.), 6 Hallur Hansson, 7. Kay Bartalsstovu, 8 Brandur Hendriksson, 9 Gilli Sörensen, 10 Finnur Yustinussen, 14 Yohan Edmundsson, 15 Odmar Feryo, 16 Rene Yonsen

Ehtiyat oyunçular: 12 Teytur Gestsson, 23 Kristian Yönssen, 2 Maqnus Egilsson, 11 Heyni Vatnsdal, 13 Aleks Mellemqaard, 17 Qunnar Vatnhamar, 19 Roqvi Baldvinsson, 20 Eli Nilsen, 21 Klemint Olsen, 22 Pol Yohannus Yustinussen

Baş məşqçi: Lars Olsen

Azərbaycan: 1. Kamran Ağayev (k.), 2. Qara Qarayev, 4. Pavlo Paşayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 19. Rahil Məmmədov, 20. Riçard Almeyda, 22. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 12 Şahrudin Məhəmmədəliyev, 23. Səlahət Ağayev, 3 Ürfan Abbasov, 6 Bəxtiyar Həsənalızadə, 8 Emin Mahmudov, 9 Namik Ələskərov, 10. Ruslan Qurbanov, 11 Ramil Şeydayev, 14 Rahid Əmirquliyev, 15 Cavid İmamverdiyev, 18 Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə

Baş məşqçi: Qurban Qurbanov

Matçın baş hakim Aleksey Yeskov idarə edir. Yan xətt hakimləri Dmitri Mosyakin, Anton Averyanov, dördüncü hakim Valeri Dançenko, əlavə köməkçi hakimlər Mixail Vilkov, Sergey Lapoçkindir (hakimlər briqadası Rusiyadandır).

Son xəbərlər

Orphus sistemi