Yuxarı

Azərbaycan Kuboku: İlk yarımfinalçı müəyyənləşib

Azərbaycan Kuboku: İlk yarımfinalçı müəyyənləşib
Zirə Səbaili səfərdə də məğlub edib

Bakı. 19 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib.

"Report"un məlumatına görə, bu, "Zirə" komandasıdır. Samir Abasovun baş məşqçi olduğu komanda 1/4 finalda "Səbail"i mübarizədən kənarlaşdırıb. İlk görüşdə 1:0 hesablı qələbə qazanan "Zirə" bu gün "Bayıl Arena"da keçirilən cavab oyununda da qalib gəlib - 3:2.

Qarşılaşmada ilk qol 3-cü dəqiqəyə təsadüf edib. "Zirə"nin müdafiəçisi Adrian Skarlatake avtoqol müəllifi olub. Qəsəbə təmsilçisinin digər müdafiəçisi Adil Nağıyev 45+2-ci dəqiqədə tarazlığı bərpa edib. 63-cü dəqiqədə isə Pərdis Fərcad-Azad "Zirə"ni önə keçirib. Bu qoldan 10 dəqiqə sonra Nağıyev özünün 2-ci, komandasının 3-cü qoluna imza atıb. 83-cü dəqiqədə "Səbail"in hücumçusu Ruslan Qurbanov fərqi azaltsa da, meydan sahiblərinin bundan artığına gücü çatmayıb.

"Zirə" yarımfinalda "Sumqayıt" - "Neftçi" cütünün qalibi ilə üz-üzə gələcək. "Kapital Bank Arena"dakı bu görüş saat 19:00-da başlanacaq. İlk matçda "Sumqayıt" səfərdə qələbə qazanıb - 2:0.

Qeyd edək ki, 1/4 final mərhələsinə dekabrın 20-də keçiriləcək "Sabah" - "Qəbələ" və "Keşlə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi