Azarkeşlər Bakıdakı finalın ən yaxşı futbolçusunu müəyyənləşdirib
Futbol
- 30 may, 2019
- 16:43
UEFA Avropa Liqasında 2018-2019 mövsümünün son həftəsinin ən yaxşı futbolçusu bəlli olub.
"Report" UEFA-nın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, azarkeşlər tərəfindən aparılan səsverməyə əsasən, Bakıda Avropa Liqasının qalibi olan İngiltərənin "Çelsi" komandasının futbolçusu Eden Azar bu ada layiq görülüb.
28 yaşlı hücumçu bu nominasiyada komanda yoldaşları Emerson Palmieri, Pedro Rodriges və Olivye Jirunu geridə qoyub. Belçikalı oyunçu "Arsenal"ı 4:1 hesabı ilə məğlub etdikləri görüşdə iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Eden Azar Bakıdakı finaldan sonra da oyunun ən yaxşı futbolçusu adına sahib olub.
Son xəbərlər
08:19
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur08:05
CNN: Ağ Ev ABŞ-nin immiqrasiya strategiyasında təcili dəyişikliklər hazırlayır
Digər ölkələr07:42
Mingəçevirin bir hissəsində üç saat işıq olmayacaq
Energetika07:21
Rodriqes iqtisadiyyatı gücləndirmək üçün strateji idxalın əvəzlənməsi planını elan edib
Digər ölkələr06:50
Azərbaycan və BƏƏ XİN rəhbərləri Əbu-Dabidə strateji tərəfdaşlığı müzakirə ediblər
Xarici siyasət06:47
ABŞ Konqresində nadir torpaq elementlərinin hasilatının artırılması haqqında qanun qəbul edilib
Digər ölkələr06:04
Tramp təhlükəsizliyi ilə bağlı narahat olduğunu bildirib
Digər ölkələr05:42
Foto
BMT rəsmisi: Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa diqqət ayırması əhəmiyyətlidir
Xarici siyasət05:24