Astorinin ölümünə görə İtaliya çempionatının bütün oyunları təxirə salınıb
Futbol
- 04 mart, 2018
- 12:50
Bakı. 4 mart. REPORT.AZ/ İtaliya A Seriyasının 27-ci turunun bu gün keçirilməli olan 7 matçının hamısı "Fiorentina"nın kapitanı Davide Astorinin ölümünə görə təxirə salınıb.
“Report” xəbər verir ki, bu barədə "Football Italia" nəşr məlumat yayıb.
Otuz bir yaşlı futbolçunun meyiti bu gün səhər Udine şəhərində yerləşən mehmanxanalardan birinin otağında aşkar edilib. O, yuxudan ayılmayıb. Oyunçunun hazırda adı açıqlanmayan xəstəlikdən öldüyü bildirilir.
Bu gün 27-ci tur çərçivəsində "Milan" – "İnter" derbisi ilə yanaşı "Cenoa" — "Kalyari", "Udineze" — "Fiorentina", "Torino" — "Krotone", "Benevento" — "Verona", "Atalanta" — "Sampdoriya" və "Kyevo" — "Sassuolo" matçlarının keçirilməsi planlaşdırılırdı.
Son xəbərlər
13:50
İrəvanda Paşinyanın rəhbərliyi ilə "xaç yürüşü" başlayıb
Region13:46
Azərbaycan Türkiyədən dəri idxalına çəkdiyi xərci 26 %-ə yaxın azaldıb
Biznes13:41
Kiyevdə güllələnən azərbaycanlılarla bağlı cinayət işinə dair mövcud vəziyyət açıqlanıb
Hadisə13:37
AAK: Ötən il xaricdə verilmiş elmi dərəcələrin 35-i tanınıb
Elm və təhsil13:34
"Bavariya"nın futbolçusu təhqirlərə məruz qalıb
Futbol13:25
Foto
Türkiyənin tanınmış media influenserləri Azərbaycanın sənaye-investisiya potensialı ilə tanış olub
Biznes13:25
Fransada əlverişsiz hava şəraiti səbəbindən beş nəfər ölüb
Digər ölkələr13:23
"Araz-Naxçıvan" qış fasiləsində ilk transferini reallaşdırıb
Futbol13:19