"Astana"nın futbolçusu: "Azərbaycan millisinə çağırılmağım barədə danışmağım üçün hələ tezdir" - MÜSAHİBƏ

"Astana"nın futbolçusu: "Azərbaycan millisinə çağırılmağım barədə danışmağım üçün hələ tezdir" - MÜSAHİBƏ 1990-cı ildə Qazaxıstanda doğulmuşam, qarışıq millətdənəm. Ata tərəfim İslam dinini qəbul edib. Atam və babam azərbaycanlıdır. Onlar 1990-cı illərin əvvəllərində məlum hadisələrlə əlaqədar Qazaxıstana köçüblər. Özüm Bakıda olmasam da, bunu çox istərdim.
Futbol
18 Sentyabr , 2019 14:15
Astananın futbolçusu: Azərbaycan millisinə çağırılmağım barədə danışmağım üçün hələ tezdir - MÜSAHİBƏ

"1990-cı ildə Qazaxıstanda doğulmuşam, qarışıq millətdənəm. Ata tərəfim İslam dinini qəbul edib. Atam və babam azərbaycanlıdır. Onlar 1990-cı illərin əvvəllərində məlum hadisələrlə əlaqədar Qazaxıstana köçüblər. Özüm Bakıda olmasam da, bunu çox istərdim". 

Bunu Qazaxıstanın "Astana-2" komandasında çıxış edən əslən azərbaycanlı futbolçu Rinat İbrahimov "Report"un Nur-Sultana ezam olunmuş əməkdaşına müsahibəsində  deyib.

- Azərbaycan futbolu ilə maraqlanırsınızmı?

- Hərdən maraqlanıram, amma çox da tanış deyiləm.

- Azərbaycan millisindən təklif almısınızmı?

- Xeyr, olmayıb.

- "Astana" sizin ilk klubunuzdur?

- Xeyr, bunadək "Kayrat"da və Qazaxıstan MOİK-inin I Liqadakı hazırlıq qrupunda çıxış etmişəm.

- Hansı mövqedə çıxış edirsiniz?

- Sol cinah oyunçusu kimi başlamışam. Hərdən mərkəz müdafiəçisi kimi də çıxış edirəm. Solaxayam.

- Azərbaycanda belə oyunçulara böyük ehtiyac var. Sizi aşağı yaş qruplarından ibarət milli komandalara dəvət etsəydilər, cavabınız necə olardı?

- Düzü, bilmirəm. Mənim Qazaxıstan vətəndaşlığım var. Yəqin ki, yaşadığım ölkənin yığmasını seçərdim. Çünki doğulandan burada qalıram.

- Bəs atanız özünün doğulduğu Azərbaycanı seçməyinizi istəsə?

- Atam mənim fikrimə qulaq asır, maraqlanır və hesablaşır. O, məcburən heç nə elətdirən deyil.

- Yəni, sizi Azərbaycan yığmasına dəvət etmək heç cür mümkün deyil?

- Bilmirəm, bu barədə danışmağım üçün hələ tezdir. Karyeram hələ yeni başlayır. Yəqin ki, Qazaxıstan millisində çıxış edərəm və bunu çox istəyirəm. Amma hələlik heç bir dəvət olmayıb.

- Bəs niyə dəvət etmirlər: Bəlkə yığma səviyyəsində hələ yetişməmisiniz?

- Xeyr, ola bilsin, hələ vaxtı yetişməyib.

- Qazaxıstanda hansı azərbaycanlı futbolçuları tanıyırsınız?

- Heç birini. Hə, "Tobol"un qapıçısı Emil Balayevin Azərbaycan millisinin heyətində Xorvatiya yığmasına qarşı çıxışını izlədim. Bu, birdən alındı. Gördüm ki, çox yaxşı oyunçudur, perspektivlidir. Mənim xoşuma gəldi.

- Hazırda başlıca hədəfiniz nədir: "Astana"nın əsas komandasına düşmək, yoxsa daim çıxış edə biləcəyiniz komandaya keçmək?

- Hazırda "Astana"da çıxış edirəm. Heç bir başqa kluba keçməyi düşünmürəm. Hər şey müqaviləm bitdikdən sonra bilinəcək.

- Amma hələlik "Astana-2"dəsiniz...

- Əsas komandanın da məşqlərinə dəvət edirlər. Hətta Qazaxıstan Kubokunda da çıxış etmişəm.

- Roman Qriqorçukla münasibətiniz varmı?

- Onunla yalnız baş məşqçi kimi münasibətdəyik. Xüsusi münasibətlərimiz yoxdur. İndiyədək heç bir təmaslarımız olmayıb. Sadəcə, yoxlanışdan keçdiyim vaxt oyunlarımı gördü. Əsas komandanın məşqlərinə çağırırsa, deməli, oyunumu görüb.

- Bəs Avropa Liqasının qrup mərhələsi üçün sifariş olunmamısınız?

- Xeyr, müqaviləm "Astana-2" ilədir. Əsas komandadan isə İngiltərədə "Mançester Yunayted"ə qarşı yaxşı oyun gözləyirəm. Elə bir nəticə göstərsinlər ki, bu, Qazaxıstanda futbolun inkişafına müsbət təsir etsin. Qrupumuz çox çətindir, amma azı ikinci pillə uğrunda mübarizə aparmaq olar. 

Son xəbərlər

Orphus sistemi