"Arsenal" və "Çelsi" Bakıdakı final matçının 6 min biletini geri qaytarır
Futbol
- 22 may, 2019
- 22:03
Avropa Liqasının Bakıda keçiriləcək final matçının iştirakçı komandaları onlara ayrılan biletlərin bir hissəsindən imtina etməyi planlaşdırır.
"Report" "The Times" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" və "Çelsi" ümumilikdə 6000-dən çox bilet qaytaracaqlar, çünki müvafiq olaraq 3500 və 2000 bilet sata biliblər.
UEFA ümumilikdə klubların hər birinə 5800 bilet ayırıb ki, bu da finalın keçiriləcəyi stadionda yer tutumunun 10 faizini təşkil edir. Qərar guya Bakı aeroportunun buraxılış imkanlarının aşağı olması ilə əlaqədar qəbul edilib.
Həmçinin 2000 biletin ayrıldığı UEFA sponsorları analoji problemlə üzləşiblər.
İngilis klubları və sponsorların qaytaracaqları biletlər yenidən satışa çıxarılacaq.
Son xəbərlər
19:20
Belçika səfiri: Azərbaycan və Avropa İttifaqı arasında nəqliyyat tərəfdaşlığı bütün regiona fayda verir
İnfrastruktur19:06
Tahir Gözəl: "Liverpul"la oyunu faciə kimi yox, yolumuzun üzərində dəyərli bir təcrübə kimi qəbul edirik"
Futbol19:01
Azərbaycan və Ukrayna WUF13-ə hazırlığı müzakirə ediblər
Xarici siyasət18:56
Premyer Liqanın XVIII turunda "Qəbələ" "İmişli"yə qalib gəlib
Futbol18:53
İnklüziv sosial inkişaf və sosial təminat üzrə İşçi qrupunun növbəti iclası keçirilib
Sosial müdafiə18:47
Hacıqabulda palçıq vulkanı püskürüb
Ekologiya18:46
Foto
Neftçala Rayon İcra Hakimiyyətində ötən ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
İnfrastruktur18:44
Norveç səfiri Azərbaycan Prezidentinə minnətdarlığını bildirib
Xarici siyasət18:39