"Arsenal" oyunçuların maaşlarını azaldacaq

"Arsenal" oyunçuların maaşlarını azaldacaq İngiltərə Arsenalı koronavirus pandemiyasına görə oyunçularla əmək haqlarının azaldılmasına dair razılaşmaya yaxındır.
Futbol
17 Aprel , 2020 07:31
Arsenal oyunçuların maaşlarını azaldacaq

İngiltərə "Arsenal"ı koronavirus pandemiyasına görə oyunçularla əmək haqlarının azaldılmasına dair razılaşmaya yaxındır.

“Report”un “The Athletic”ə istinadən verdiyi məlumata görə, futbolçuların əksəriyyəti əmək haqlarının ayda 12,5% azaldılmasına razılaşıblar. Razılaşma bu ilin aprelindən 2021-ci ilin martınadək müddəti əhatə edəcək. Bu, həm də klubun Çempionlar Liqasına düşməsindən asılıdır.

Maaşlarının azaldılması təklifini rədd edən futbolçuların aqibətinin necə olacağı hələlik məlum deyil. Razılaşma gerçəkləşsə, "Arsenal" İngiltərə Premyer Liqasında maaşları azaldacaq ilk klub olacaq.

Qeyd edilir ki, daha əvvəl oyunçular bu təşəbbüsə razılaşmaqdan imtina ediblər, amma "Arsenal”ın ispaniyalı baş məşqçisi Mikel Arteta onları inandıra bilib.

Son xəbərlər

Orphus sistemi