Avropa Liqası: "Arsenal" "Valensiya"ya qarşı oyuna futbolçu itkisi ilə çıxacaq
Futbol
- 01 may, 2019
- 12:25
İngiltərənin "Arsenal" klubu İspaniya "Valensiya"sına qarşı Avropa Liqasının ilk yarımfinal matçına futbolçu itkisi ilə çıxacaq.
"Report"un məlumatına görə, Aaron Remsi 2 may qarşılaşmasını zədə ilə əlaqədar buraxmalı olacaq.
Uelsli yarımmüdafiəçi aprelin 18-də İtaliyada "Napoli"yə 1:0 hesabı ilə qalib gəldikləri 1/4 final mərhələsinin cavab görüşündə dizaltı vətərindən xəsarət alıb. O, Premyer Liqada XXXV turun "Kristal Pelas"a 2:3 hesablı məğlubiyyətlə nəticələnmiş oyununda da iştirak etməyib.
28 yaşlı futbolçu cari mövsümün sonunda azad agent kimi "Yuventus"a keçəcək.
Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Son xəbərlər
18:45
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
Region18:26
Foto
Video
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
Daxili siyasət18:23
İran "Nüvə silahının yayılmaması haqqında" müqavilədən çıxa bilər
Region18:18
Türkiyənin Gürcüstandakı səfiri dəyişib
Region18:14
Biləsuvarda motosiklet aşıb, xəsarət alanlar var
Hadisə18:09
Foto
Video
Su basmış ərazilərdən 20-si azyaşlı olmaqla 84 nəfər təxliyə edilib - YENİLƏNİB-3
Hadisə18:05
FAO Azərbaycana balıqçılıq təsərrüfatının inkişafı üzrə beşillik plan hazırlamağı təklif edib
ASK17:58
Lənkəranda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb
Hadisə17:56