Aftandil Hacıyev: "Çempionatda durumumuz yaxşı deyil"

Aftandil Hacıyev: "Çempionatda durumumuz yaxşı deyil" Qış fasiləsinə yaxınlaşırıq. Çempionatda durumumuz yaxşı deyil. Amma qarşıda 3 və 4-cü dövrə var. Vəziyyəti yaxşılaşdırmaq olar. Kubok isə iki matçdan ibarətdir. Qol şansından istifadə edə bilsəydik, cavab oyununa üstün yollana bilərdik. Amma həvəsdən düşmək olmaz. Hər iki komanda yaxşı çıxış etdi.
Futbol
15 Dekabr , 2019 19:37
Aftandil Hacıyev: Çempionatda durumumuz yaxşı deyil
Aftandil Hacıyev

"Qış fasiləsinə yaxınlaşırıq. Çempionatda durumumuz yaxşı deyil. Amma qarşıda 3 və 4-cü dövrə var. Vəziyyəti yaxşılaşdırmaq olar. Kubok isə iki matçdan ibarətdir. Qol şansından istifadə edə bilsəydik, cavab oyununa üstün yollana bilərdik. Amma həvəsdən düşmək olmaz. Hər iki komanda yaxşı çıxış etdi".

"Report" xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk matçında evdə "Zirə" ilə qolsuz keçən oyundan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki, hücumçusuz oynamaq çox çətindir: "Hər iki kollektiv ehtiyatlı idi və qol buraxmaq istəmirdi. Futbolçular ara-sıra yaxşı hücum təşkil etdilər. Amma bu kifayət etmədi. Hücumlar etdik, 90 dəqiqə ərzində fürsətlərdən yararlanmağa çalışdıq".

Hacıyev qış fasiləsində hansı futbolçularla yolların ayrılacağını müəyyən etdiyini vurğulayıb: "Son matçı gözləmək məsləhətdir. Hər kəsdən istifadə edə bilərik. Son oyunda gedən oyunçularla danışacağıq".

Məşqçi son olaraq moldovalı futbolçu Yevgeni Koçukun durumu barədə danışıb: "Onun xroniki zədəsi var. Əməliyyat olunmalıdır. Çoxdandır ki, oyunlarla əlaqədar vaxt tapa bilmirdi. Bizdən xahiş etdi ki, şərait yaradaq".

Son xəbərlər

Orphus sistemi