19 yaşlı hücumçu Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib

19 yaşlı hücumçu Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib Avstriya Zaltsburqunun futbolçusu Erlinq Holand Çempionlar Liqasının rekordçusu adına yiyələnib.
Futbol
24 Oktyabr , 2019 11:01
19 yaşlı hücumçu Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib

Avstriya "Zaltsburq"unun futbolçusu Erlinq Holand Çempionlar Liqasının rekordçusu adına yiyələnib.

"Report"un məlumatına görə, norveçli hücumçu buna qrup mərhələsinin ardıcıl 3 turunda 6 qol vurmaqla nail olub. 19 yaşlı forvard son olaraq, İtaliya "Napoli"si ilə görüşdə (2:3) "dubl" edib. O, ilk turda Belçika "Genk"ini 3, növbəti turda isə İngiltərə "Liverpul"unu 1 dəfə məyus edib.

Əvvəlki rekord Didye Droqbaya məxsus olub. Kot dİvuarlı forvard Fransa "Marsel"ində çıxış etdiyi vaxt 2003/2004 mövsümündə ilk 3 tur ərzində 5 dəfə fərqlənib.

Qeyd edək ki, Erlinq Holann Polşada 20 yaşadək futbolçular arasında keçirilmiş dünya çempionatında bombardir olduqdan sonra məşhurlaşıb. O, yalnız bir görüşdə - Hondurasa 12:0 hesabı ilə qalib gəldikləri matçda 9 qol vurub. 

Son xəbərlər

Orphus sistemi