Sabah azarkeşlərimizin dəstəyinə ehtiyacımız var.
"Report"un məlumatına görə, bunu "Zirə"nin futbolçusu Ruan Renato "Şerif"ə (Moldova) qarşı UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu öncəsi "Dalğa Areana"da gerçəkləşən mətbuat konfransında deyib.
O, komandanı gərgin oyun gözlədiyini bildirib:
"Rəqib oyunçular hər top uğrunda sona qədər mübarizə aparırlar. Biz isə bütün imkanları dəyərləndirməliyik. Sabah azarkeşlərimizin dəstəyinə ehtiyacımız var. Bizi daha gərgin qarşılaşma gözləyir".
30 yaşlı braziliyalı müdafiəçi müsbət sonluğa ümid etdiyini söyləyib:
"Yaxşı müdafiə olunub, hücumda şanslarımızı aramalıyıq. Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq".
Qeyd edək ki, "Zirə" və "Şerif" arasında cavab matçı iyulun 18-də, saat 20:00-da "Dalğa Arena"da baş tutacaq. Moldovada gerçəkləşən ilk görüşdə R.Sadıqovun rəhbərlik etdiyi komanda 1:0 hesablı qələbə qazanıb.