"Zirə" klubuna yeni məşqçi təyin olunub

Futbol
  • 12 dekabr, 2022
  • 06:30
Zirə klubuna yeni məşqçi təyin olunub

"Zirə" klubunda yeni təyinat olub.

Paytaxt təmsilçisindən "Report"a verilən məlumata görə, məşqçi Vüqar Məmmədlə müqavilə imzalanıb.

Mütəxəssis baş məşqçi Rəşad Sadıqovun köməkçilərindən biri olacaq. Onun sözləşməsi 1,5 illikdir.

Qeyd edək ki, Vüqar Məmməd 2019/2020 mövsümündə də "Zirə"nin əsas komandasında məşqçi kimi çalışıb.

Son xəbərlər

Bütün Xəbər Lenti