Zaur Qəhrəmanov: "Neftçi"nin çempionluğuna hamı inanır" - MÜSAHİBƏ

Zaur Qəhrəmanov: "Neftçi"nin çempionluğuna hamı inanır" - MÜSAHİBƏ "Neftçi" klubunun Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanovun "Report"a müsahibəsi
Futbol
15 May , 2021 10:00
Zaur Qəhrəmanov: Neftçinin çempionluğuna hamı inanır - MÜSAHİBƏ
Zaur Qəhrəmanov

"Neftçi" klubunun Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanovun "Report"a müsahibəsi

- Azərbaycan Premyer Liqasında çempionluq axırıncı tura qaldı. "Qarabağ"la keçirəcəyiniz son oyundan nə gözləyirsiniz?
- Baş məşqçimiz Samir Abasov açıqlamasında çox doğru demişdi ki, çempionatın intriqası "Neftçi"yə görə hələ qalır. Əlbəttə, biz də qalib gəldik, "Qarabağ" da. Hər şey son tura qaldı. İnanıram ki, güclü qazanacaq. Bizə yalnız qələbə lazımdır, rəqibimizə isə heç-heçə də bəs edir.

- Komandanıza inanırsınız?
- Əlbəttə! "Neftçi" - "Neftçi"dir və qələbəyə oynayır. "Neftçi"nin ağ və qara zamanları var idi. Amma hər zaman çempionluğa oynayırdıq. İnanıram ki, bu dəfə də çempion olacağıq.

- Onu da nəzərə alaq ki, son illərdə çempionluq üçün belə şans yaxalamamısınız...
- Roberto Bordinin baş məşqçi olduğu dövrdə sona 2-3 tur qalmış çempionluq marafonuna düşmüşdük. İndi isə çempionluq son tur qaldı. İnşallah, qazanacağıq. Bizim klubda hamının hədəfi budur - Müşahidə Şurasından başlayaraq, bazanın qapısında duran mühafizəçiyədək hər kəs komandamıza inanır. İnanırıq ki, çempion olacağıq.

- İstənilən halda, ən azı gümüş medalı artıq təmin etmisiniz. İndi azarkeşləri əsas maraqlandıran budu ki, büdcə necə olacaq, transferlərə pul ayrılayacaqmı?
- Mayın 19-da son turun matçıdır və bizim üçün mövsüm bitir. 22-23 mayda isə Müşahidə Şuramızın iclası olacaq. Toplantıda bütün məsələlərə baxılacaq: Növbəti mövsüm, komanda, büdcə və s.

- Çempionluq matçını əcnəbi baş hakimin idarə etməsini istərdiniz, yoxsa yerli referilərin?
- Əlbəttə, özümüzünküləri. Bizim hakimlərə nə olub? Maşallah, hamısı gözəl referilərdir. Bəli, gəncdirlər, hərdən səhvləri olur. Amma bu, hər adamda olur. Çox gözəl hakimlərimiz var, heç bir iradımız yoxdu. Kimi təyin edərlər, o da olar. Ən əsası, futbol qazansın. Bu, həm "Qarabağ", həm də bizim üçün lazımdır.

Son xəbərlər

Orphus sistemi