Yığma üzvlərinin beynəlxalq oyun təcrübəsi artdıqca, nəticələr yaxşılaşacaq.
Bunu "Report"a açıqlamasında Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov millinin AÇ-2026-nın əsas mərhələsində İsveçə qarşı keçirdiyi oyunu dəyərləndirərkən deyib.
O, zamanla nəticələrin daha yaxşı olacağını söyləyib:
“Bilirsiniz ki, millimiz yenidən formalaşdırılır, heyətdə təcrübəlilərlə yanaşı, kifayət qədər gənc futzalçılar da var. Bakıda olmadığıma görə oyunu televiziya vasitəsilə izlədim. Uşaqlar normal oynadılar. Qələbə qazanmaq mümkün idi. Amma əsas odur ki, məğlub olmadıq. Yığma üzvlərinin beynəlxalq oyun təcrübəsi artdıqca, nəticələr yaxşılaşacaq".
Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən Azərbaycan - İsveç görüşü 3:3 hesabı ilə bitib.