Yurgen Klopp İngiltərə Premyer Liqasında 100-cü matçını keçirib

Futbol
  • 31 mart, 2018
  • 13:39
Yurgen Klopp İngiltərə Premyer Liqasında 100-cü matçını keçirib

Bakı. 31 mart. REPORT.AZ/ İngiltərə Premyer Liqasının XXXII turunda keçirilən "Kristal Pelas" – "Liverpul" matçı "Liverpul"un baş məşqçisi Yurgen Klopp üçün əlamətdar olub.

"Report"un məlumatına görə, alman mütəxəssis İngiltərə təmsilçisinin baş məşqçisi kimi İngiltərə Premyer Liqasında 100-cü oyununa çıxıb. 

51 yaşlı çalışdırıcı 100 matçın 54-də qələbəyə sevinib və 28 qarşılaşma heç-heçə başa çatıb. "Liverpul" Kloppun rəhbərliyi altında İngiltərə Premyer Liqasında 18 görüşdə məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, "Liverpul" bu görüşdə "Kristal Pelas"ı 2:1 hesabı ilə üstələyib.

Xatırladaq ki, Yurgen Klopp 2015-ci ildən "Liverpul"un baş məşqçisidir.