"Sumqayıt"ın "Neftçi"ni məğlub etməsindən sonra "Qarabağ" çempionatın favoritidir. Amma qalan iki turda hər şey ola bilər".
Bunu "Report"a futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Premyer Liqada cari mövsümün baş çatmasına 2 tur qalmış vəziyyəti dəyərləndirərkən deyib.
Xorvatiyalı mütəxəssisin sözlərinə görə, XXVI turda "Neftçi" evdə "Sumqayıt"a 2:3 hesabı ilə uduzandan sonra lider "Qarabağ"la aradakı xal fərqi 5-ə yüksəlsə də, paytaxt klubunun çempionluq şansı yenə də qalır.
Qeyd edək ki, "Qarabağ" hazırda 60 xalla liderdir. "Neftçi" isə rəqibindən 5 xal geri qalır. Ağdam təmsilçisi növbəti turda evdə "Səbail", "Neftçi" isə səfərdə "Qəbələ" ilə üz-üzə gələcək. Sonuncu turda isə flaqman "Qarabağ"ı qəbul edəcək.