Xorvatiya millisinin baş məşqçisi: Azarkeşlərimizə görə çox üzülürəm

Xorvatiya millisinin baş məşqçisi: Azarkeşlərimizə görə çox üzülürəm Azarkeşlərimizə görə çox üzülürəm.
Futbol
25 İyun , 2024 02:48
Xorvatiya millisinin baş məşqçisi: Azarkeşlərimizə görə çox üzülürəm

Azarkeşlərimizə görə çox üzülürəm.

"Report" xəbər verir ki, bunu Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç İtaliyaya qarşı AVRO-2024-ün qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis xorvatiyalı futbolçuların oyun ərzində yaxşı təsir bağışladıqlarını bildirib: "Futbolçularım yaxşı təsir bağışladılar. Xüsusi ilə də birinci hissə də. Komandamızın üzvlərini layiqli mübarizə üçün təbrik edirəm. Penaltidən yararlana bilmədik və əlavə dəqiələrdə qapımızda qol gördük. 1/8 finala çıxmaq öz əlimizdə idi. Bizi dəstəkləyən hər kəsə öz təşəkkürümü bildirirəm. Azarkeşlərimizə görə çox üzülürəm".

Qeyd edək ki, AVRO-2024-ün qrup mərhələsinin III turunun Xorvatiya - İtaliya matçı heç-heçə yekunlaşıb - 1:1. Bu nəticədən sonra xorvatlar yer aldıqları B qrupunu üçüncü pillədə başa vurublar.

Son xəbərlər

Orphus sistemi