"Xankəndi"nin baş məşqçisi: "Bu mövsüm əsas hədəfimiz liqada qalmaqdır"

Futbol
  • 19 noyabr, 2026
  • 18:40
Xankəndinin baş məşqçisi: Bu mövsüm əsas hədəfimiz liqada qalmaqdır

"Xankəndi" komandasının bu mövsüm hədəfi I Liqada qalmaqdır.

"Report"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan I Liqasında çıxış edən "Xankəndi" klubunun baş məşqçisi Röyal Nəcəfov VII turda qarşılaşdıqları "Karvan-Yevlax" ilə matçdan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlub olduqları qarşılaşmanı dəyərləndirib:

"Oyuna yaxşı hazırlaşmışdıq. Rəqib güclü mübarizə apardı. Bu matçda fərdi səhv edən komanda məğlub olacaqdı. Təəssüf ki, uduzan tərəf olduq. Futbolçularımda günah axtarmıram. "Karvan-Yevlax" ötən mövsüm Premyer Liqada mübarizə aparıb. Heyətimizdə ehtiyat futbolçular azdır. Bu mövsüm əsas hədəfimiz liqada qalmaqdır".

Qeyd edək ki, Xankəndi stadionunda keçirilən "Xankəndi" - "Karvan-Yevlax" oyunu qonaq komandanın 2:0 hesablı qələbəsi ilə bitib.

44 filmi