"Viktoriya"nın qapıçısı: "Qarabağ" inanılmaz dərəcədə keyfiyyətli komandadır"
Futbol
- 18 avqust, 2022
- 07:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ" inanılmaz dərəcədə yüksək keyfiyyətli komandadır".
"Report"un məlumatına görə, bunu Çexiyanın "Viktoriya" (Plzen) komandasının qapıçısı Yindrjix Stanek Bakıda "Qarabağ"la qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra deyib.
26 yaşlı qolkiper doğma meydanda qələbə qazanacaqlarına inandığını bildirib: "Bakıda çox işim olacağını gözləyirdim. Artıq rəqibin tempinə öyrəşdim. Cavab görüşünü öz meydanımızda keçirəcəyik. Evdə oynamaq həmişə daha yaxşıdır. Çempionlar Liqasının qrup mərhələsinə yüksələcəyimizə inanıram".
Qeyd edək ki, avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Son xəbərlər
00:10
Fransada iğtişaşlar zamanı 2,5 mindən çox adam saxlanılıb
Digər ölkələr
00:00
Zəngilanın azad edilməsindən 6 il ötür
Daxili siyasət
23:58
Tramp Putin və Si Cinpinlə nüvə tərksilahını müzakirə etməyə hazırdır
Digər ölkələr
23:43
Pakistanlı general sabah Tehrana səfər edəcək
Region
23:34
Foto
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Xarici siyasət
23:20
Türkiyədə yol qəzası nəticəsində 15 nəfər xəsarət alıb
Region
23:10
Rubio: ABŞ Özbəkistanın tərəqqisindən və əməkdaşlıq imkanlarından təsirlənib
Digər ölkələr
23:00
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə müxtəlif islahatlar planlaşdırılır - Rəy
Milli Məclis
22:59
Foto
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Xarici siyasət