Velosipeddən yıxılan Luis Enrikenin körpücük sümüyü sınıb
Futbol
- 06 sentyabr, 2025
- 03:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
PSJ-nin baş məşqçisi Luis Enrike velosipeddən yıxıldıqdan sonra körpücük sümüyünü sındırıb.
"Report"un məlumatına görə, bu barədə Fransa klubunun mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, ispaniyalı mütəxəssis xəstəxanaya çatdırılıb və əməliyyat olunacaq.
"Paris Sen-Jermen" Luis Enrikeyə tam dəstəyini ifadə edir və ona tezliklə sağlamlığına qovuşmağı arzulayır. Klub yaxın vaxtlarda əlavə məlumat təqdim edəcək", - Fransız nəhənginin açıqlamasında deyilir.
Qeyd edək ki, Luis Enrike 2023-cü ilin yayında PSJ-yə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında klub ötən mövsüm Çempionlar Liqası, Fransa çempionluğu, Kubok və Superkuboku qazanıb.
Son xəbərlər
04:24
Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirilə bilər
Digər ölkələr
03:57
Vens Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb
Digər ölkələr
03:22
UEFA FIFA-dan İnfantinonun yeni şirkət yaratmaq təşəbbüsü ilə bağlı izahat tələb edib
Futbol
02:45
ABŞ-də məsciddə atışma olub, ölən və yaralanan var
Digər ölkələr
02:11
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
Digər ölkələr
01:44
Foto
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Xarici siyasət
01:27
Yaponiya Marsın peyki Fobosdan torpaq nümunələri gətirmək üçün kosmik aparat buraxıb
Digər ölkələr
00:48
FT: Fransadakı iğtişaşlar hakimiyyətin vəziyyətə nəzarət edə bilmədiyini göstərib
Digər ölkələr
00:10
Fransada iğtişaşlar zamanı 2,5 mindən çox adam saxlanılıb
Digər ölkələr