Vaqif Cavadov "Sumqayıt"ın əvəzedici komandasına baş məşqçi təyin olunub
Futbol
- 21 aprel, 2023
- 15:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sumqayıt"ın əvəzedici komandasına yeni baş məşqçi təyin olunub.
Klubdan "Report"a verilən məlumata görə, bunadək "gənclik şəhəri" təmsilçisinin U-19 kollektivinə rəhbərlik edən Vaqif Cavadov "Sumqayıt-2"nin sükanı arxasına keçib.
34 yaşlı mütəxəssislə növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 2016-cı ildə futbolçu kimi "Sumqayıt"ın heyətində 29 oyun keçirib, 6 dəfə rəqib qapılarına yol tapmış Vaqif Cavadov U-19 komandasının baş məşqçisi postunda 27 oyunda 14 qələbə, 4 heç-heçə və 9 məğlubiyyət əldə edib.
Son xəbərlər
09:03
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.11.2026)
Maliyyə
09:02
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (27.11.2026)
Maliyyə
09:00
Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək
Futbol
08:57
Yaponiya Ayın tədqiqi üçün yeni astronavtlar cəlb etməyə başlayır
Digər ölkələr
08:26
Kanada parlamentinə ABŞ səfirinin geri çağırılması tələbi ilə petisiya təqdim edilib
Digər ölkələr
08:16
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
07:51
Tramp və Rütte ABŞ-nin Avropadakı gələcək hərbi mövcudluğunu müzakirə ediblər
Digər ölkələr
07:18
Axtarışda olan şəxs Novxanıda saxlanılıb
Hadisə
07:07
Foto
Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb
Daxili siyasət