Ülvi İsgəndərov: “Komanda yoldaşlarım mənə “Semih Şentürk” deyirlər”

Ülvi İsgəndərov: “Komanda yoldaşlarım mənə “Semih Şentürk” deyirlər” “Oyunlara sonradan qoşularaq qol vurduğum üçün komanda yoldaşlarım mənə “Semih Şentürk” deyirlər”.
Futbol
5 Dekabr , 2022 18:50
Ülvi İsgəndərov: “Komanda yoldaşlarım mənə “Semih Şentürk” deyirlər”

“Oyunlara sonradan qoşularaq qol vurduğum üçün komanda yoldaşlarım mənə “Semih Şentürk” (Oyuna sonradan girərək vurduğu qollarla məşhurlaşan Türkiyə millisinin və "Fənərbaxça" klubunun keçmiş hücumçusu - red.) deyirlər”.

Bunu “Report”a müsahibəsində “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov matçlar zamanı sonradan meydana daxil olaraq qol vurmasına münasibət bildirərkən deyib.

25 yaşlı hücumçu əsas heyətdə çıxış edəcəyi təqdirdə, daha çox fərqlənəcəyinə inanır: “Sonradan meydana daxil olaraq qol vurmaq və komandama qələbələr qazandırmaq mənə daha çox motivasiya verir. Düşünürəm ki, əvəzetmədən mübarizəyə qoşularaq fərqlənməyim rəqiblərdə də gərginlik yaradır. Ancaq digər tərəfdən hamı kimi, mən də ilk dəqiqələrdən çıxış etmək istəyirəm. Əsas heyətdə oynasam, daha çox şans əldə edərəm və bundan çox qol vuraram”.

Ülvi İsgəndərovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi