Ukrayna çempionatının oyunu hava həyəcanına görə dayandırılıb

Futbol
  • 24 avqust, 2022
  • 13:56
Ukrayna çempionatının oyunu hava həyəcanına görə dayandırılıb

"Rux" və "Metalist" komandaları arasında futbol üzrə Ukrayna çempionatının I tur oyunu yarımçıq dayandırılıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu, bölgədə hava həyəcanına görə edilib.

Futbolçular, məşqçilər korpusu və stadionun bütün işçiləri sığınacaq tapıb. Həmin vaxt qarşılaşmada hesab bərabər olub - 1:1. Baş hakim görüşü birinci hissənin əlavə olunmuş dəqiqələrində dayandırıb.

Narahatlıq uzun müddət davam edərsə, oyun başqa günə təxirə salınacaq. Amma matçın bu gün başa çatdırılma ehtimalı da var.