Ueyn Runinin baş məşqçi olduğu komandanın 9 xalı silinib

Futbol
  • 16 noyabr, 2021
  • 12:40
Ueyn Runinin baş məşqçi olduğu komandanın 9 xalı silinib

İngiltərə Futbol Liqası Çempionşipdə çıxış edən "Derbi Kaunti" klubunu daha 12 xal cəzalandırıb.

"Report"un məlumatına görə, klub maliyyə qaydalarını pozduğu üçün bu cəza ilə üzləşib.

Komandanın 9 xalının silinmə cəzası dərhal qüvvəyə minib. Yeni cəzanın qalan 3 xalı isə klubun liqa ilə mövsümün sonunadək bağladığı müqaviləyə uyğun büdcə şərtlərini yerinə yetirmədikdə silinəcək.

Qeyd edək ki, "Derbi Kaunti" hazırda sonuncu - 24-cü pillədə qərarlaşıb.