Uels və İsveçrə milliləri Bakıdan razı qaldı

Uels və İsveçrə milliləri Bakıdan razı qaldı hazırlıq prosesi Tofiq Bəhramov adına Respublika Stadionunda gerçəkləşib
Futbol
9 İyun , 2021 09:16
Uels və İsveçrə milliləri Bakıdan razı qaldı

Avropa çempionatının qrup mərhələsində iki oyununu Bakıda keçirəcək Uels və İsveçrə yığmaları ilk məşqlərinə çıxıb.

"Report"un məlumatına görə, hazırlıq prosesi Tofiq Bəhramov adına Respublika Stadionunda və "Dalğa Arena"da gerçəkləşib.

Məşq prosesində təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyi vurğulanıb: "Silahlı ordu zabitləri və alman itləri əsas girişdədir. Polis isə ətrafa nəzarət edir".

Uels millisinin ulduz futbolçusu Qaret Beyl də instaqram hesabında məşqdən fotosunu paylaşıb.

İsveçrə yığmasının sabiq futbolçusu, əvvəllər iki dəfə "Qarabağ"da çıxış etmiş İnnosent Emeqara isə "Blick" nəşrinə açıqlamasında Bakını "Avropanın Dubayı" adlandırıb. O, Azərbaycanda cinayətkarlığın sıfır səviyyəsində olduğunu vurğulayıb.

Qeyd edək ki, Uels və İsveçrə milliləri AVRO-2020-də A qrupunun ilk tur matçını iyunun 12-də Bakı Olimpiya Stadionunda keçirəcək. Bu arenada iyunun 16-da Türkiyə - Uels, iyunun 20-də Türkiyə - İsveçrə qarşılaşmaları və iyulun 3-də 1/4 final mərhələsinin 1 oyunu olacaq.

Son xəbərlər

Orphus sistemi