UEFA rusiyalı futbolçunun Polşaya buraxılmayacağı xəbərinə münasibət bildirib

UEFA rusiyalı futbolçunun Polşaya buraxılmayacağı xəbərinə münasibət bildirib "Lex" - "Hapoel" matçı oktyabrın 6-da baş tutacaq
Futbol
3 Oktyabr , 2022 16:23
UEFA rusiyalı futbolçunun Polşaya buraxılmayacağı xəbərinə münasibət bildirib

UEFA İsrailin "Hapoel" (Beer-Şeva) klubunda çıxış edən Məhəmməd-Şapi Süleymanovun "Lex"ə qarşı Avropa Liqasının qrup mərhələsinin III tur oyunu üçün Polşaya buraxılmayacağına münasibət bildirib.

"Report" "Sport-express"ə istinadən xəbər verir ki, Avropa futbol qurumu bu məsələlərlə bağlı klubların rəsmi qurumlarla əlaqə saxlamalı olduğunu diqqətə çatdırıb.

UEFA iştirakçı komandaların ölkələrinin hakimiyyət orqanlarının istənilən qərarı qəbul edə biləcəyini vurğulayıb: "Futbolçuların səfəri ilə bağlı bütün məsələlər, o cümlədən vizanın rəsmiləşdirilməsi yarışda iştirak edən klubların üzərinə düşür".

Qeyd edək ki, Polşa Rusiya vətəndaşı olduğu üçün Məhəmməd-Şapi Süleymanovu ölkəyə buraxmamaq qərarına gəlib. Müqavilə ilə "Krosnodar"a məxsus olan 22 yaşlı hücumçu icarə əsasında İsrail klubunda çıxış edir. "Lex" - "Hapoel" matçı oktyabrın 6-da baş tutacaq.

Son xəbərlər

Orphus sistemi