UEFA Qurban Qurbanovu təbrik edib

UEFA Qurban Qurbanovu təbrik edib UEFA "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovu 50 yaşının tamam olması münasibəti ilə təbrik edib.
Futbol
13 Aprel , 2022 14:02
UEFA Qurban Qurbanovu təbrik edib
Qurban Qurbanov

UEFA "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovu 50 yaşının tamam olması münasibəti ilə təbrik edib.

"Report"un məlumatına görə, Avropa futbol qurumu bu barədə tviter hesabından video paylaşıb.

UEFA təcrübəli mütəxəssisin uzun müddət "Qarabağ"a rəhbərlik etdiyini və Azərbaycan futbolunun canlı əfsanəsi olduğunu bildirib.

Qeyd edək ki, Qurban Osman oğlu Qurbanov 1972-ci ilin bu günündə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub.

Futbolçu karyerası ərzində 4 dəfə Azərbaycan Premyer Liqasının, 1 dəfə Azərbaycan Kubokunun qalibi, 1 dəfə ölkə çempionatının bombardiri olub.

1992 - 2005-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 68 oyun keçirib və 14 qol vurub. Yığmanın bombardiridir. 2017-2018 illər arasında Azərbaycan millisinin baş məşqçisi olub.

2008-ci ildən "Qarabağ" klubunun baş məşqçisidir.

Onun rəhbərliyi dövründə "Qarabağ" 7 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun qalibi olub. Ağdam komandası daha böyük uğurlarına isə avrokuboklarda imza atıb. "Köhlən atlar" 2014/2015 mövsümündən etibarən 6 dəfə Avropa Liqasının, həmçinin, Çempionlar Liqası və Konfrans Liqasının qrup mərhələsinə yüksəlib. 2021/2022 mövsümündə isə klub tarixində ilk dəfə qrup mərhələsini dəf edərək, Konfrans Liqasının pley-offuna vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi