UEFA portuqaliyalı futbolçunun Bakıda vurduğu qolu fərqləndirib

Futbol
  • 02 mart, 2022
  • 15:10
UEFA portuqaliyalı futbolçunun Bakıda vurduğu qolu fərqləndirib

AVRO-2024-ün rəsmi tviter və feysbuk hesabları Portuqaliya millisinin futbolçusu Bernardu Silva barədə paylaşım edib.

"Report"un məlumatına görə, postda 28 yaşlı yarımmüdafiəçinin dünya çempionatının mərhələsinin VI tur oyununda (3:0) Bakıda Azərbaycan yığmasının qapısına vurduğu qol yayımlanıb.

İngiltərənin "Mançester Siti" klubunda çıxış edən təcrübəli oyunçu həmin qolla görüşdə hesabı açmışdı.

Paylaşımda "Bernardu Silvadan dəhşətli qol" yazılıb.