UEFA Millətlər Liqasının IV turunda daha bir neçə oyun baş tutub.
"Report" xəbər verir ki, turun ikinci oyun günündə Azərbaycanla yanaşı, Türkiyə yığması da meydana çıxıb.
B Liqasının 4-cü qrupunda yer alan qardaş ölkə təmsilçisi səfərdə İslandiyanın qonağı olub. Qarşılaşma Türkiyə yığmasının 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Maraqlı oyunlardan biri də Almaniyada keçirilib. A Liqasının 3-cü qrupunda yer alan Almaniya millisi doğma azarkeşlər önündə Niderlandla qarşılaşıb. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin digər rəqiblərindən İsveç səfərdə Estoniya yığması ilə üz-üzə gəlib. Oyun İsveç yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Millətlər Liqası
IV tur
14 oktyabr
A Liqası
II qrup
22:45. İtaliya – İsrail 4:1
22:45. Belçika – Fransa 1:2
III qrup
22:45. Almaniya – Niderland 1:0
22:45. Bosniya və Herseqovina – Macarıstan 0:2
B Liqası
I qrup
20:00. Gürcüstan – Albaniya 0:1
22:45. Ukrayna – Çexiya 0:1
IV qrup
22:45. Uels – Monteneqrov 1:0
22:45. İslandiya - Türkiyə 2:4
C Liqası
I qrup
20:00. Azərbaycan – Slovakiya 1:3
22:45. Estoniya – İsveç 0:3
Qeyd edək ki, Millətlər Liqasında IV tura bu gün keçiriləcək 8 oyunla yekun vurulacaq.