UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7

UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7 UEFA Millətlər Liqasında Azərbaycan - İsveç matçına start verilib.
Futbol
5 Sentyabr , 2024 22:02
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7

UEFA Millətlər Liqasında İsveç yığması ilə qarşılan Azərbaycan millisi rəqibinə 1:3 hesabı ilə məğlub olub.

"Report"un məlumatına görə, C Liqasının I qrupunun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşünün 65-ci dəqiqəsində hesabı açan Aleksandr İsak 71-ci dəqiqədə ikinci qolu vurub.

Rəqibin heyətində Viktor Dyekereş 80-ci dəqiqədə penaltidən fərqi daha da artırıb. Millimizdən isə Renat Dadaşov 82-ci dəqiqədə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.

21:47

UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçında millimiz fərqi azaldıb.

"Report"un məlumatına görə, C Liqasının I qrupunun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşündə Renat Dadaşov 82-ci dəqiqədə rəqib qapısına yol tapıb.

İsveçin heyətində 65-ci dəqiqədə hesabı açan Aleksandr İsak 71-ci dəqiqədə ikinci qolu vurub. Viktor Dyekereş isə 80-ci dəqiqədə penaltidən fərqlənib.

Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.

21:45

UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçında üçüncü qol vurulub.

"Report"un məlumatına görə, C Liqasının I qrupunun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşündə İsveç növbəti dəfə qol sevinci yaşayıb - 3:0.

80-ci dəqiqədə Viktor Dyekereş dəqiq zərbə müəllifi olub.

Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.

21:36

UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçında növbəti qol vurulub.

"Report"un məlumatına görə, C Liqasının I qrupunun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşündə İsveç millisi fərqi artırıb - 2:0.

65-ci dəqiqədə hesabı açan Aleksandr İsak 71-ci dəqiqədə ikinci qolu vurub.

Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.

21:31

UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçında hesab açılıb.

"Report"un məlumatına görə, C Liqasının I qrupunun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşündə İsveç millisi öndədir - 1:0.

65-ci dəqiqədə Aleksander İsak fərqlənib.

Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.

21:15

UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçında ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, C Liqasının I qrupunun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşündə hesab açılmayıb.

Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.

20:53

UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçında ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, C Liqasının I qrupunun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşündə komandalar fasiləyə qolsuz yollanıb.

Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.

20:00

UEFA Millətlər Liqasında Azərbaycan - İsveç matçına start verilib.

"Report"un məlumatına görə, C Liqasının I qrupunun görüşü Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Qarşılaşmanı macarıstanlı FIFA referisi Balaş Berkey idarə edir.

Foto: Məhəmməd Ağayev

Son xəbərlər

Orphus sistemi